Qazaxda skuterdən yıxılan yeniyetmə həyatını itirdi

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.
2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan yıxılaraq başından xəsarət alıb.
O, xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
(Report)
22:12 10.05.2025
Oxunuş sayı: 458