Qanunsuz ağac kəsən şəxs cərimə olunub

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən
keçirilən növbəti nəzarət tədbirləri zamanı Xırdalan şəhəri Qalubiyyə küçəsi 39
ünvanında bir tut ağacının kəsilməsi, iki ağac tinginin və bir kolun başqa əraziyə
köçürülməsi faktları müəyyən edilib.
Xidmət rəsmisi Asif Məcidov bildirib ki, araşdırma zamanı
ağac kəsintisinin və köçürülmənin iş icraçısı Zöhrab Əliyev tərəfindən qanunsuz həyata keçirildiyi məlum
olub.
“Faktla bağlı qanun
pozucusu Z.Əliyev barəsində protokol tərtib edilib və o, 2200 manat məbləğində
cərimələnib”.
15:32 07.03.2025
Oxunuş sayı: 3249