Bakıda Neft Emalı Zavodu yanır -TƏCİLİ

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verib.
Bu barədə Crossmedia.-az Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Qeyd olunub ki , hadisə barədə ətraflı məlumat veriləcək.
10:14 05.03.2025
Oxunuş sayı: 3874