Binəqədidə marketdən oğurluq edən şəxs saxlanıldı

Binəqədi rayonu ərazisində yerləşən marketlərin birindən 580 manat oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı Ə.Bayramov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
13:25 03.03.2025
Oxunuş sayı: 3711