Şəmkirdə 3 otaqlı ev yanıb

Şəmkirdə yanğın hadisəsi baş verib.
Hadisə rayonun Sarıtəpə kəndində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
Belə ki, kənd sakinə məxsus 3 otaqlı evdə anidən yanğın olub. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 3 otaqlı evin yanar konstruksiyaları əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğın söndürənlər tərəfindən mühafizə olunub.
Hadisənin baş vermə səbəbləri araşdırılır. (APA)
09:44 24.02.2025
Oxunuş sayı: 2683