Tramp Zelenskinin danışıqlarda iştirakını vacib saymır

Tramp Zelenskinin danışıqlarda iştirakını vacib hesab etmir. O, Qəzza planı haqqında düşüncələrini Açıqlayıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp, Ukrayna müharibəsi ilə bağlı diqqət çəkici açıqlamalar verib.
Tramp, Zelenskinin Ukrayna ilə Rusiya arasında aparılan danışıqlarda iştirakının vacib olmadığını bildirib və onu "zəif işlər görən" lider olaraq qiymətləndirib. "Zelenskinin danışıqlarda iştirakını prioritet saymıram, çünki o, müharibəni dayandırmaq üçün heç nə etməyib", – deyə Tramp qeyd edib.
Bununla yanaşı, Tramp, Rusiya-Ukrayna müharibəsinin sonlandırılması üçün ABŞ və Rusiyanın razılığa gələ biləcəyini vurğulayıb.
O, Zelenskinin güclü arqumentləri olmadığını və Putinin əlində daha çox üstünlük olduğunu əlavə edib.
Tramp, həmçinin Qəzza ilə bağlı öz planını açıqlayaraq, ABŞ-ın bu ərazini "ələ keçirməsi" və "yenidən qurması" lazım olduğunu qeyd edib. Planında HƏMAS-ın təmizlənməsini və Qəzzanın inkişaf etdirilməsini məqsəd qoyduğunu söyləyib. "Bu, işə yarayan bir plandır", – deyə Tramp əlavə edib.
Aybəniz Səfərova
01:35 22.02.2025
Oxunuş sayı: 4282