NASA-dan XƏBƏRDARLIQ: Asteroid yeri vura bilər!

ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2024 YR4 adlı asteroidin 2032-ci ildə Yerlə toqquşma ehtimalının 3,1 faizə yüksəldiyini açıqlayıb. 54 metr diametrdə olduğu təxmin edilən bu göy cismi böyük bir şəhəri məhv edə biləcək gücdə hesab olunur.
Crossmediaz.az xəbər verir ki, NASA-nın paylaşdığı yeni hesabatda 22 dekabr 2032-ci ildə asteroidin Yerə çırpılma ehtimalının əvvəlki göstəricilərə nisbətən artdığı qeyd edilib.
Asteroidin təsir gücünün 8 meqaton enerji buraxa biləcəyi proqnozlaşdırılır.
Xatırladaq ki, elm adamları asteroidin Yeri vurmaq ehtimalının hələ də 3,1 faiz olduğunu, yəni, 96,9 faiz ehtimalla planetimizi ötüb keçə biləcəyini vurğulayıblar.
Qeyd edək ki, asteroidin ölçüləri və toqquşma ehtimalı nəzərə alınsa da, onun bəşər sivilizasiyasını məhv edəcək gücdə olmadığı vurğulanıb. Lakin potensial təsirinin ciddi fəsadlara yol aça biləcəyi bildirilib.
Aybəniz Səfərova
02:45 20.02.2025
Oxunuş sayı: 3655