Avtomobillər toqquşub, yaralananlar var

Bakının Sabunçu rayonunda iki nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Azaqova Nuranə Vüsaməddin qızı və 2013-cü il təvəllüdlü R.Azaqlı xəsarət alıblar.
Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.(Report)
08:59 18.02.2025
Oxunuş sayı: 2879