Avropa rəsmiləri Trampın hansı planından narahatdır?

Avropa rəsmiləri ABŞ prezidenti Donald Trampın Baltikyanı ölkələrdən ABŞ qoşunlarını çıxarma ehtimalından narahatdırlar. Financial Times-ın məlumatına görə, bu addım Avropa İttifaqının təhlükəsizlik baxımından daha həssas vəziyyətə düşməsinə səbəb ola bilər.
Məlumatlara əsasən, Vaşinqtonun Rusiya ilə mümkün danışıqlar çərçivəsində ABŞ qoşunlarını Baltikyanı regiondan və ümumilikdə Rusiya sərhədlərindən qərbə doğru geri çəkməsi gündəmdədir. Bununla yanaşı, Şərqi Avropada yerləşdirilmiş ağır silahların və hətta nüvə başlıqlarının da geri çəkilməsi ehtimal olunur.
Qeyd edək ki, bu cür dəyişikliklər NATO-nun Şərqi Avropadakı mövcudluğunu zəiflədə və bölgədəki güc balansını dəyişdirə bilər. Avropa ölkələri isə ABŞ-ın bu addımının Rusiyanın regional təsirini artıracağı qənaətindədir.
19:57 17.02.2025
Oxunuş sayı: 3678