Son 48 saatda Qəzzada 25 nəfər həlak olub

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, son 48 saat ərzində İsrailin Qəzza zolağına endirdiyi hücumlar nəticəsində 25 fələstinli həyatını itirib, 12 nəfər isə yaralanıb. Nazirlik bildirib ki, həlak olanların cəsədləri və yaralılar Qəzza xəstəxanalarına çatdırılıb.
Ümumilikdə, İsrail-Fələstin münaqişəsinin son gərginləşməsindən bəri həlak olan fələstinlilərin sayı 48,264-ə, yaralıların sayı isə 111,688-ə yüksəlib.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri hücumların HƏMAS-a qarşı həyata keçirildiyini bildirsə də, mülki itkilərin artması beynəlxalq narahatlığa səbəb olub.
11:30 16.02.2025
Oxunuş sayı: 3948