Zelenski Münhen təhlükəsizlik konfransında çıxış etdi: "Avropaya inanmıram"

Ukrayna Prezidenti Volodimir Zelenskinin Münhen Təhlükəsizlik Konfransındakı çıxışında önəmli məsələlərə toxunub. Toxunduğu məsələlər arasında Ukrayna-ABŞ münasibətləri və Ukrayna Rusiya sülh müqaviləsi məsələləri də var.
V.Zelenski bildirib: "Biz prezident Tramp və onun komandası ilə atom enerjisi və Zaporojye AES haqqında danışdıq, hazırda o, Rusiya qüvvələrinin nəzarəti altındadır. Rusiya dron göndərir və onu Çernobıl sarkofaqına yönəldir. Belə bir addımı atan ölkə sülh istəmir. Moskva yeni 15 diviziya – 150 000 əsgər hazırlayır. Rusiya hər həftə yeni işə qəbul mərkəzləri açır. Putin bunu edə bilər, çünki neftin qiymətləri kifayət qədər yüksəkdir. Bizdə kəşfiyyat məlumatları var ki, Rusiya Belarusa qoşun göndərməyi və orada təlimlər keçirməyi planlaşdırır".
Zelenski Rusiya qüvvələrinin Avropa üçün nəzərdə tutulduğunu vurğulayıb: "Məhz belə şəkildə Ukraynada müharibə üç il əvvəl başlamışdı. Bu qüvvələr nəyə lazımdır? Ola bilər ki, bu qüvvələr Avropa üçün nəzərdə tutulub? Belarus NATO-ya üzv olan üç ölkə ilə sərhəddə yerləşir. Putinin və Lukaşenkonun dediyinə görə, Belarus artıq nüvə başlıqlarını qəbul edir. Faktiki olaraq o, Rusiyanın vilayətinə çevrilib. Əgər kimsə raketlərin haradan uçacağını bilmək istəyirsə, biz öncədən hərəkət etməliyik. Belarusla sərhəddə artıq miqrant böhranları yaşanıb, amma Rusiya və Şimali Koreya əsgərləri (onlar zəif deyillər, daim təlim keçirlər) yeni bir böhran yaradarsa, nə baş verəcək?".
Zelenski artıq Avropaya inanmadığını deyib: "Mən Avropaya inanıram, sizi hərəkətə keçməyə çağırıram – bu, sizin öz maraqlarınız, Avropanın, övladlarınızın və ümumi gələcəyimizin naminə vacibdir. Avropa müstəqil və suveren olmalıdır. Bəs əgər biz dayanmasaq, Rusiyanı kim dayandıracaq? Biz ABŞ-ın Avropaya "yox" deyə biləcəyini istisna edə bilmərik. Düşünürəm ki, Avropa Silahlı Qüvvələrini yaratmaq vaxtıdır. Bu, Rusiyanın hücumlarına müqavimət göstərməkdən daha çətin deyil. Söhbət təkcə müdafiə xərclərinin artırılmasından getmir. Pul düşmənin hücumlarını dayandıra bilməz".
"Bizim silaha ehtiyacımız var" - Zelenski: "İnsanlar və silahlar pulsuz olmur. Məsələ təkcə büdcələrdə deyil. İnsanlar anlamalıdırlar ki, öz evlərini qorumaq lazımdır. Yalnız bizim ordumuz müasir döyüş təcrübəsinə malikdir. Amma bizə birlik və sizin silahlarınız lazımdır. Üç illik müharibə sübut etdi ki, biz vahid silahlı qüvvələrin əsasını qoymaq üçün imkanlara sahibik – Avropa Silahlı Qüvvələrini yaratmaq lazımdır. Biz Avropa liderləri ilə danışıqlar aparırıq, onların kontingentləri birləşə və bütün Avropa ərazisində sülhü qoruya bilər".
Zelenski Moskvanın Avropanı parçalayacağıni bildirib: "Putin istəyirdi ki, Tramp 9 May paradında sadəcə bir dekorasiya kimi dayansın, güclü bir ölkənin lideri kimi yox. Bizim üçün bu məqbul deyil – bizə real uğur və real sülh lazımdır. Amerikanın Avropaya bazar kimi ehtiyacı var? Bəli! Amma müttəfiq kimi? Bu, aydın deyil. Avropa vahid səslə danışmalıdır. Hətta mütəmadi olaraq Mar-a-Laqoya gedənlər də bir olmalıdır. Tramp güclü tərəfdaşlara hörmət edir. Çoxları Brüsseli sevmir. Amma əgər Brüssel yoxdursa, deməli, Moskva var. Bu, sizin seçimdir. Bu, geosiyasətdir, bu, tarixdir. Moskva Avropanı parçalamaq üçün çalışacaq".
"Putin NATO-nun qərarlarını bloklaya bilər" - Zelenski: "Avropa öz təhlükəsizlik zəmanətlərini təklif etməlidir. NATO-ya üzvlüyü istisna etmək istəmirəm. Amma hazırda NATO-nun ən nüfuzlu üzvü Putindir. Onun istəkləri NATO-nun qərarlarını bloklamaq gücünə malikdir. Ukraynalılar artıq bir neçə aydır ki, Kursk bölgəsində Rusiya ərazisində bir plasdarm saxlayırlar. Mən Ukrayna ilə qürur duyuram. Putin qoşunlarını Suriyadan, Qafqazdan və hətta Moldovanın bəzi hissələrindən çıxarıb. Onun döyüş təcrübəsi olan əsgərləri artıq çoxdur".
Zelenski Putinlə tək danışıqlar aparmağı istəmədiyini bildirib: "Məhz buna görə biz bu müharibənin Tramp və Putin, ya da mən və Putin arasında təkbətək həll olunmasına imkan verə bilmərik. Biz birlikdə qərar qəbul etməliyik ki, təzyiq göstərək və sülhü təmin edək.
Putin real təhlükəsizlik zəmanətləri təklif edə bilmir. Məhz buna görə Avropa birləşmiş qüvvələr yaratmalı, NATO-nu modernləşdirməli və Avropanın əməkdaşlığının üçüncü səviyyəsini formalaşdırmalıdır. Vaşinqton bunu ciddi qəbul etməlidir".
18:09 15.02.2025
Oxunuş sayı: 3889