Sağlam gələcək üçün elmi yanaşma - metabolik sindroma qarşı innovativ addım




Bakıda “Metabolik sindromda qida əlavələri: elmi və tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilib. ORZAX Azərbaycanın təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və Türkiyədən tanınmış həkimlər, dietoloqlar, tibbi mütəxəssislər və digər qonaqlar iştirak ediblər.
Tədbiri ORZAX Azərbaycan şirkətinin direktoru Alişan Qasımlı açaraq, qonaqları salamlayıb və şirkətin fəaliyyət istiqamətləri, missiyası, ölkə səhiyyəsinə verdiyi töhfələr barədə məlumat verib. Daha sonra ORZAX Türkiyənin İxracat direktoru Neslihan Hotoğlu və marketinq müdiri Ahmet Emin Fıçıcı çıxış edərək, beynəlxalq bazarda qazandıqları uğurlardan, innovativ məhsullarından və metabolik sindromla mübarizədə qida əlavələrinin vacibliyindən danışıblar.
Sonra tədbir elmi müzakirələrlə davam edib.
Daxili xəstəliklər üzrə mütəxəssis Dr. Nuray Evrin “Qida əlavələri ilə metabolik sindroma mövcud yanaşmalar: Tiroid” mövzusunda çıxış edərək tiroid pozğunluqlarının metabolik sindromla əlaqəsinə toxunub və qida əlavələrinin bu sahədəki rolunu izah edib.
Endokrinoloq Dr. Hidayət Məmmədzadə “Qida əlavələri ilə metabolik sindroma mövcud yanaşmalar: Piylənmə və endokrin sistem” adlı məruzəsində piylənmə və hormonal dəyişikliklər zamanı qida əlavələrinin funksional əhəmiyyətindən danışıb.
Tədbirin ikinci hissəsində daha dərin və əhatəli mövzulara toxunulub.
Funksional tibb həkimi Dr. Aynur Ketene “Qida əlavələri ilə metabolik sindroma mövcud yanaşmalar: Diabet və insulin dirənci” mövzusunda məruzə ilə çıxış edib. Dr. Ketene qida əlavələrinin diabetin idarə olunmasında əhəmiyyətini və insulin dirəncinin qarşısının alınmasında oynadığı rolu izah edib.
Dietoloq Dr. Emil Hidayətli “Qida əlavələri ilə metabolik sindroma mövcud yanaşmalar: Qaraciyər Piylənməsi” mövzusunda təqdimatında qaraciyərin sağlamlığı üçün vacib olan mikroelementlər və onların funksional dəstəyi haqqında danışıb.
Metabolik genetik xəstəliklər üzrə mütəxəssis Dr. Ləman Əlirzayeva “Qida əlavələri ilə metabolik sindroma mövcud yanaşmalar: Qidalanma və Qida Əlavələri” mövzusunda çıxış edərək genetik faktorların metabolik sindroma təsiri və qida əlavələrinin bu prosesdəki rolunu vurğulayıb.
ORZAX Türkiyə medikal direktoru Dr. Feyza Özdemir “Qidalanmadan qida əlavələrinə: Endokrin pozğunluqlarda, piylənmədə və insulin dirəncində mikronutrientlər” mövzusunda çıxış edərək metabolik sindromun inkişafında mikronutrientlərin təsirini və ORZAX məhsullarının bu sahədəki effektivliyini elmi araşdırmalar əsasında izah edib.
Daha sonra ORZAX Azərbaycan medikal direktoru Dr. Şəhriyyə Əhmədova “Qaraciyər sağlamlığına funksional dəstək və innovativ yanaşmalar” adlı məruzəsində qaraciyər sağlamlığı üçün vacib olan əlavələr, funksional dəstək mexanizmləri və yeniliklər haqqında məlumat verib.
Tədbirdə iştirak edən həkimlər və mütəxəssislər metabolik sindromun qarşısının alınması və müalicəsində qida əlavələrinin vacibliyini vurğulayıblar.
Tədbirin sonunda iştirakçılar arasında sual-cavab sessiyası keçirilib, eləcə də gələcək əməkdaşlıqlar və birgə elmi layihələr haqqında müzakirələr aparılıb. Keçirilən konfrans ölkəmizdə sağlam həyat tərzinin təşviqi, qida əlavələrinin düzgün və elmi əsaslarla istifadəsinin genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilib.
Maral Şahverdili,
Nihat Tahirov
13:12 15.02.2025
Oxunuş sayı: 4024