KİV: Xarici avtokratlar Trampdan istifadə edirlər

Xarici avtokratlar ABŞ-nın yeni prezidenti Donald Trampın xaosundan bəhrələnirlər
Crossmedia.az Foreignpolicy.com-a istinadən xəbər verir ki, Tramp administrasiyasının ABŞ federal hökumətini yenidən qurmaq və tam nəzarətə almaq istiqamətində apardığı xaotik səylər dünya üzrə avtokratları sevindirib və hətta onları daha da cəsarətləndirib. Onlar Vaşinqtondakı qeyri-müəyyən vəziyyəti öz repressiyalarını gücləndirmək üçün fürsət kimi görürlər.
Son bir ayda ABŞ prezidenti Donald Tramp və onun baş müşaviri İlon Maskın federal hökuməti əsaslı şəkildə yenidən formalaşdırmaq üçün birgə səyləri Vaşinqtonda xaos yaradıb və administrasiyaya qarşı bir sıra məhkəmə iddialarına səbəb olub. Lakin xaricdə bu addımları diqqətlə izləyən avtokratik liderlər yaranmış qeyri-müəyyənliyi öz xeyirlərinə istifadə etməyə çalışırlar.
Məsələn, Tramp administrasiyasının xarici yardımları dondurması və USAID-in fəaliyyətini faktiki dayandırması illərdir ABŞ-ın dünyanın müxtəlif bölgələrindəki vətəndaş cəmiyyətlərini dəstəkləməsinə son qoyur. Xüsusilə Rusiya, Macarıstan və Çin kimi avtoritar rejimlərin təsiri altında fəaliyyət göstərən vətəndaş cəmiyyətləri üçün bu, ciddi zərbədir. Ekspertlər xəbərdarlıq edirlər ki, bu infrastrukturun dağıdılması həmin rejimlər üçün öz repressiyalarını sərt şəkildə həyata keçirmək baxımından əsl fürsət yaradacaq.
Nabat Fərzəliyeva
22:34 13.02.2025
Oxunuş sayı: 4290