Pete Hegseth: Trampın məqsədi Rusiya-Ukrayna müharibəsini tez bitirməkdir

Trampın prioriteti Rusiya-Ukrayna müharibəsinin mümkün qədər tez diplomatik və sülh yolu ilə sona çatmasıdır.
Crossmedia.az “BBC”yə istinadla xəbər verir ki, bu haqda ABŞ-nin müdafiə naziri Pete Hegseth Brüsseldə jurnalistlərə məlumat verib.
O, Ukrayna Müdafiə Təmas Qrupu ilə görüşdə iştirak edib və Ukraynadakı müharibəni müzakirə edib.
Həmçinin, o, ABŞ-nin bu “vacib işi” dəstəkləmək üçün müttəfiqləri ilə işləməyi səbirsizliklə gözləydiyini bildirib.
Nəzrin Salmanova
20:57 13.02.2025
Oxunuş sayı: 5062