TƏKLİF: Qəzza müvəqqəti olaraq Türkiyənin tərkibinə daxil edisin

Qəzza zolağı, Fələstin dövləti qurulana qədər Türkiyəyə birləşdirilməlidir. Bu barədə Türkiyənin müxalifət partiyası Gelecek-in lideri, sabiq Baş nazir Əhməd Davudoğlu bəyan edib.
"Qəzza sakinlərinin son qanuni dövləti Osmanlı İmperiyası idi. Biz Osmanlı İmperiyasının qanuni varisiyik. Qəzza sakinləri referendum keçirib onu Fələstin dövləti qurulana qədər Türkiyənin muxtar bölgəsi kimi birləşdirsələr, nə olacaq? ABŞ oraya gəlib Qəzzanı ələ keçirəcək, biz isə Qəzza sakinlərini qorumayacağıq? Öz qiymətli sionistlərinizi aparın, ABŞ-dakı geniş torpaqlarınıza yerləşdirin", - o, çıxışı zamanı bildirib.
Trampın Qəzza sakinlərini köçürmə planını şərh edərkən Davudoğlu qeyd edib ki, ABŞ lideri anklavda yerləşən təbii qaz yataqlarını ələ keçirmək istəyir.
Məhəmməd Vəliyev
19:05 12.02.2025
Oxunuş sayı: 4681