Məktəbin dam örtüyü yanıb

Yardımlı rayonunun Şiləvəngə kəndində ümumi sahəsi 300 m² olan birmərtəbəli məktəb binasının dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.(Report)
15:25 12.02.2025
Oxunuş sayı: 3165