Ağcabədidə partlayıcı vasitələr və silahlar tapılıb

Ağcabədidə 4 qumbara, 2 "Kalaşnikov" avtomatı tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon ərzaisindən 4 qumbara, 2 "Kalaşnikov" avtomatı, xeyli sayda patron tapılaraq götürülüb. Həmçinin vətəndaşlardan müvafiq sənədləri olmayan 14 ov tüfəngi təhvil alınıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.(Report)
13:52 12.02.2025
Oxunuş sayı: 3760