HƏMAS İsraillə əsir mübadiləsini dayandırdı

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları şənbə günü keçirilməsi planlaşdırılan girovların dəyişdirilməsinin növbəti xəbərdarlığa qədər təxirə salındığını açıqlayıb.
Crrossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, HƏMAS məhbus mübadiləsinin təxirə salınmasına səbəb kimi İsrailin atəşkəsi pozmasını göstərib.
"Son üç həftə ərzində biz İsrailin razılaşmanın şərtlərini pozduğunu müşahidə etdik. Bu pozuntular arasında köçkünlərin Qəzza zolağının şimalına qayıtmasının gecikdirilməsi, zolağın müxtəlif yerlərində fələstinlilərə atəş açılması və razılaşdırıldığı kimi hər hansı yardımın bölgəyə daxil olmasına icazə verilməməsi daxildir. Bununla belə, HƏMAS bütün öhdəliklərini yerinə yetirib",- HƏMAS-ın açıqlamasında qeyd olunub.
20:59 10.02.2025
Oxunuş sayı: 3960