Naxçıvanda içməli suyun verilişində fasilə yaranacaq

Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq.
Məlumata görə, Naxçıvan şəhəri Əliqulu Qəmküsar küçəsi, Əlincə məhəlləsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəza ilə bağlı suyun verilməsində fasilə yaranacaq.
Qeyd edilib ki, bu gün saat 14:00-da başlayacaq təmir-bərpa işlərinin saat 18:00-da yekunlaşacağı planlaşdırılır.
Təmir işləri bitdikdən sonra suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.(report)
12:17 10.02.2025
Oxunuş sayı: 3591