Sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb

Ağsuda sosial şəbəkədə investisiya və yatırım adı altında dələduzluq
edən şəxs saxlanılıb
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
tədbirlər nəticəsində sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşı
aldadaraq onun maddi vəsaitini ələ keçirən paytaxt sakini, 33 yaşlı Məhərrəm
Ağarzayev saxlanılıb .
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional
qrupundan verilən məlumata görə, o, “Telegram” sosial şəbəkə seqmentində
“Remax” adlı kanal yaradaraq investisiya, yatırım kimi şirnikləndirici, heç bir
iqtisadi əsası olmayan vədlər verib və rayon sakininin 2 min manatını dələduzluqla
ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, vətəndaşa dəymiş maddi
ziyanın tam şəkildə ödənilməsi təmin olunub. Hazırda iş üzrə istintaq hərəkətləri
davam etdirilir.
Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar
varsa, polis orqanlarına müraciət edə bilərlər.
13:04 08.02.2025
Oxunuş sayı: 4322