Bakıda əl qumbarası aşkarlanıb

Bakıda əl qumbarası aşkarlanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Xətai rayonu ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil
olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə
Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb
edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq
təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar
edilmiş sursatın döyüş tətbiqinə yararlı F-1 əl qumbarası olduğu müəyyən
edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi
üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış
zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.(report)
11:05 08.02.2025
Oxunuş sayı: 3309