Kürdəmirdə şagirdi məktəb yoldaşına xəsarət yetirib - YENİLƏNİB

Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbdə xəsarət yetirilən 2008-ci il təvəllüdlü oğlanın vəziyyəti orta ağırdır.
Bu barədə sorğuya cavab olaraq TƏBİB-dən bildirilib.
"Bu gün saat 11:45 radələrində xəsarət alması səbəbilə 2008-ci il təvəllüdlü oğlan təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub. Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilib",- məlumatda qeyd olunub.
Bildirilib ki, xəsarət alan şəxs dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir.(Report)
XXX
12:29
13:36 07.02.2025
Oxunuş sayı: 4208