Politico nəşri USAİD-dən 8 milyon dollar alıb - Tramp

"Politico" qəzeti ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən (USAID) Demokratlar Partiyası haqqında müsbət məqalələr yazmaq üçün 8 milyon dollar alıb – bu barədə ABŞ prezidenti Donald Tramp sosial media hesabında yazıb.
"Görünür, USAID və digər agentliklərdə milyardlarla dollar oğurlanıb və bu vəsaitlərin böyük hissəsi saxta media qurumlarına Demokratlar haqqında gözəl hekayələr yaratmaq üçün verilib. "Politico" kimi sol yönlü qəzetin 8 milyon dollar aldığı görünür”, – Tramp bildirib.
O əlavə edib ki, “bu, tarixdəki ən böyük qalmaqallardan biri ola bilər və Demokratlar bundan qaça bilməyəcək”.
18:49 06.02.2025
Oxunuş sayı: 2793