Bakıda taksilərin sayı AZALIB

- Bakıda taksilərin sayı qanunvericiliyə dəyişiklik edildikdən sonra azalıb.
- Bunu “Fiziki infrastruktur” işçi qrupunun 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan iclasda AYNA İdarə Heyətinin sədr müavini Heydər Rüstəmov deyib.
- O bildirib ki, qanunvericilik qüvvəyə minənədək Bakıda 67 min taksi fəaliyyət göstərirdi.
- “Hazırda isə bu rəqəm 23 mindir. Taksi avtomobillərinin ortalama yaşı isə 7 ildir”,- deyə o qeyd edib. (trend)
15:34 27.01.2025
Oxunuş sayı: 4047