Səudiyyə Ərəbistanından 1 trilyon dollar investisiya istəmişəm - Donald Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bir daha bəyan edib ki, Səudiyyə Ərəbistanından Amerika iqtisadiyyatına yatırımları 1 trilyon dollara çatdırmağı xahiş edib. Tramp, Nevada ştatının Las-Veqas şəhərində çıxışı zamanı deyib:
“Səudiyyə Ərəbistanı ən azı 600 milyard dollar sərmayə yatıracağını açıqlayıb. Hesab edirəm ki, bu məbləği 1 trilyon dollara çatdıracaqlar. Mən onlardan 1 trilyon dollar sərmayə qoymağı xahiş edəcəm.”
Yanvarın 23-də Davosda keçirilən Dünya İqtisadi Forumunda video çıxışı zamanı Tramp bildirib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri Məhəmməd bin Salman Əl Səuddan bu məbləği artırmağı xahiş edəcək.
Tramp əlavə edib ki, Səudiyyə Ərəbistanı belə bir təklifi qəbul edə bilər, çünki ABŞ Krallıqla “çox yaxşı münasibətlər qurub”. (trend)
09:04 26.01.2025
Oxunuş sayı: 4038