Rusiyadan Ermənistana hərbi təyinatlı məhsullar daşınıb - bu sülh prosesinə zərbədir

Ermənistan Silahlı Qüvvələri üçün xüsusi olaraq Rusiya Federasiyası ərazisində hazırlanan müxtəlif hərbi təyinatlı məhsulların Ermənistan Xarici İşlər Nazirliyinin diplomatik kanalları ilə daşınmasına dair faktiki sübutlar ortaya çıxıb.
Hərbi təyinatlı yüklər, müvafiq normativ qaydalara əsasən gömrük baxışından keçmədən, diplomatik yük adı altında Rusiyadan Ermənistana, ordan isə Azərbaycanın işğal altında olmuş ərazilərinə daşınıb.
Rusiyadan Ermənistana diplomatik yük adı altında hərbi təyinatlı məhsulların daşınması beynəlxalq hüququn hansı prinsiplərinə ziddir?
Azərbaycanın işğal olunmuş ərazilərinə bu cür məhsulların ötürülməsi bölgədəki gərginlik və sülh prosesinə hansı təsirləri göstərə bilər?
Mövzu ilə bağlı politoloq Vaqif Hüseyn Crossmedia.az saytına açıqlama verib:
"Bu beynəlxalq hüququn bütün normalarına ziddir. Əslində, 1961-ci ildə qəbul edilmiş Diplomatik Xidmətlər haqqında Vyana Konvensiyası diplomatik poçt adı altında qanuna zidd fəaliyyətləri qadağan edir. Rusiya kimi dövlətlər məhz bu praktikadan, ta SSRİ dövründə Afrika ölkələrinə və ya hansısa solçu partizan qruplaşmalarına diplomatik yardım adı altında silah ötürmək üçün istifadə edirdi. Bu, beynəlxalq praktikada qadağan edilmiş fəaliyyətdir".
Politoloq ortaya çıxan bu məsələnin sülh prosesinə mane olmayacağını bildirib:
"Sülh prosesinə mane olmaq üçün yeni ortaya çıxan faktların, şəxsən mənə elə gəlir ki, önəmi yoxdur. Azərbaycan-Ermənistan arasında böyük müharibə olub və ən böyük fakt da budur. Hansısa keçmiş faktlar bugünkü prosesə mane ola bilməz. Əgər sülhlə bağlı hansısa niyyət varsa, bu zaman keçmiş hadisələrə baxılmır və irəlidə baş verəcək proseslərə diqqət yetirilir".
Ayhan Ağarzayev
19:27 25.01.2025
Oxunuş sayı: 4673