Məktəbli forması ilə bağlı qərarda dünyəvilik prinsipinin əhəmiyyəti
AzərbaycanNazirlər Kabinetinin məktəbli forması ilə bağlı qaydalara etdiyi son düzəlişdə şagirdlərin geyimində dünyəvilik prinsipinə riayət olunması tələb edilir. Və bu tələb çox haqlıdır. Bu faktdan kimlərsə istifadə etməyə, qərarı manipulyasiya etməyə çalışır. Xüsusilə, bunu ayrıca olaraq orta məktəblərdə hicab qadağası kimi izah etmə meyllər çoxalıb. Nahaq yerə. Orta məktəblərdə nəinki vahid məktəbli geyimi tələbi olmalıdır, hətta müəllimlərin vahid forma məsələsi artıq zərurətdir. Heç kəs unutmasın: Azərbaycan dünyəvi, hüquqi dövlətdir. Dövlət dinin, dilin, vicdan azadlığının, hüquqi qaydaların qorunmasına, vətəndaş cəmiyyətinin tənzimlənməsi prosesinə nəzarət etməlidir və edir də! Azərbaycan müsəlman ölkəsidir, dini İslam dinidir. Azərbaycanı İslam dininə qarşı olan ölkə kimi qələmə verməyə çalışmaq da nə deməkdir?! Azərbaycan İslam dinini “sovetlərin Domokol qılıncının altından” salamat çıxardan, müstəqillikdən sonra bütün məscidlərini, müqəddəs məkanlarını təmir və bərpa edən, bunun üçün heç bir dünyəvi dini qurumlardan vəsait almayan ölkədir. Bütün İslam ölkələrinin gözü qarşısında Qarabağda məscidlərinə donuz bağlanan, lakin heç kəsin səsi çıxmayan bir reallıqdan çıxış yolu tapan, o məscidləri Cənnətməkana, Tanrı evinə dönüşdürən Azərbaycandır. Hicab taxanlara, saqqal saxlayanlara “qrant” verib, çirkli pullar axıdanlar, beləliklə ölkə daxilində özlərinin təfriqə ocağını yaradıb, bəsləmək istəyənlər deyil. Qərar qəbul edilib, əməl olunmalıdır, müzakirə yox!
Yazıçısı, publisist, filologiya üzrə fəlsəfə doktoru, Natəvan Dəmirçioğlu
15:38 09.10.2026
Oxunuş sayı: 59