Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib
Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun baş tutub.
Crossmedi.az xəbər verir ki, günün ikinci matçında Portuqaliya Rumıniyanı məğlub edib.
Milli Gimnastika Arenasındakı qarşılaşma 3:2 hesabı ilə bitib. Günün ilk görüşündə Belçika Niderlandı eyni hesabla üstələyib.
Qeyd edək ki, C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda təşkil olunacaq. Hazırda Belçika seçməsi 13 xalla liderdir. Niderland 9 xalla ikinci, Azərbaycan millisi 8 xalla üçüncü sıradadır. Portuqaliyanın 5, Rumıniyanın 3, İspaniyanın 1 xalı var.
21:42 27.08.2026
Oxunuş sayı: 49