Tramp: İranla müharibə yanvarın sonunadək maliyyələşdirilib
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin maliyyələşdirilməsinin yanvarın sonunadək təmin olunduğunu bildirib. Crossmedia.az xəbər verir ki, “The New York Post” bu barədə məlumat yayıb.
Tramp qəzetə müsahibəsində xəbərdarlıq edib ki, demokratlar münaqişənin dayandırılmasına nail olsalar, onun “tam qələbə” adlandırdığı nəticəni məğlubiyyətə çevirə bilərlər.
ABŞ Prezidenti demokratların yanvar ayında Konqresdə nəzarəti ələ keçirməsindən sonra hərbi əməliyyatlarla bağlı imkanlarının məhdudlaşa biləcəyini də etiraf edib.
İranla bağlı müharibənin davam etdirilməsi üçün maliyyə imkanlarının yanvarın sonunadək kifayət etdiyini vurğulayan Tramp münaqişəni istənilən vaxt dayandırmağın mümkün olduğunu bildirib.
Müsahibə zamanı İsrailin İranda hakimiyyət dəyişikliyinə nail olmaq məqsədinə də münasibət bildirən Tramp bunun “yəqin ki, mümkün” olduğunu deyib. Lakin o, belə bir hədəfin ABŞ-ın əsas məqsədi olmadığını vurğulayıb.
“Sadəcə, onların nüvə silahına sahib olmasını istəmirəm. Mən heç vaxt hakimiyyət dəyişikliyinin tərəfdarı da, əleyhdarı da olmamışam”, - deyə Tramp bildirib.
13:11 25.11.2026
Количество просмотров: 4