Hərbi sənaye

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə videobağlantı formatında xidməti müşavirə keçirilib. Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədindəki əməliyyat şəraiti və qoşun xidmətinin təşkili təhlil olunub. Eyni zamanda, şəxsi heyətin peşəkarlığının artırılması və döyüş qabiliyyətinin yüksəldilməsi üçün müvafiq tapşırıqlar verilib.

Müdafiə naziri, Azərbaycan Ordusunun arsenalına yeni qəbul edilən silah və texnikaların döyüşdə effektiv istifadəsinin əhəmiyyətini vurğulayıb. Ordu quruculuğu və təhsil sahəsində həyata keçirilən tədbirlərin müsbət nəticələri də qeyd edilib. Şəxsi heyətin xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davam etdiriləcəyini bildirib.

Müşavirənin sonunda, Müdafiə naziri bütün müvafiq qurumların təhlükəsizlik qaydalarına ciddi riayət etməsi, döyüş növbətçiliyinin düzgün təşkil edilməsi və şəxsi heyətin təlimlərinin gücləndirilməsi barədə konkret göstərişlər verib.

Atəş açılan mövqeləri Ordumuz nəzarətə götürməlidir” - Ədalət Verdiyev -  Veteninfo.Az

Müdafiə Nazirliyinin keçirdiyi  müşavirədə müzakirə olunan məsələləri Crossmedia.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev, Ermənistanın intensiv şəkildə silahlanması və Azərbaycan-Ermənistan sərhədində Avropa İttifaqının casus missiyasının kəşfiyyat xarakterli fəaliyyətlərinin Azərbaycanı düşmənin mümkün hərbi hərəkətlərinə qarşı qabaqlayıcı tədbirlər görməyə məcbur etdiyini bildirib. Verdiyev qeyd edib ki, Ermənistanın bu addımları Azərbaycan üçün təhdid yaradır və buna görə də Azərbaycan-Ermənistan sərhədində təhlükəsizlik tədbirlərinin müzakirəsi və döyüş qabiliyyətinin artırılması ilə bağlı tapşırıqların verilməsi tamamilə normaldır. O, həmçinin vurğulayıb ki, əgər Ermənistan öz öhdəliklərinə sadiq qalmaz və gərginliyi artırmağa davam edərsə, Azərbaycan tərəfindən buna qətiyyətlə cavab veriləcək və bu, Azərbaycan üçün müdafiə mövqeyinin təmin edilməsi baxımından vacibdir.

Ekspert, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımların bölgədəki hərbi vəziyyəti yaxşılaşdırmağa xidmət etdiyini, həmçinin regionda sabitlik və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verdiyini də qeyd edib.

 

Maral Şahverdili

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il