UNICEF-in icraçı direktoru Ketrin Rassel COP29 iqlim konfransında iştirak etmək üçün Bakıdadır.
Crossmedia.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Uşaqların xüsusi ehtiyacları, baxışları və hüquqlarının nəzərə alındığı iqlim dəyişikliyi ilə mübarizə üzrə təcili tədbirlər uğrunda çıxış etmək üçün COP29-dayam. Qlobal iqlim böhranı uşaq hüquqları böhranıdır. Bu, onların sağlamlığına, inkişafına və təhlükəsizliyinə təsir edir. İndi hərəkətə keçmək vaxtıdır", - o bildirib.