ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın hakimiyyəti Azərbaycanı gücləndirəcək, Ermənistanı isə zəiflədəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə "New York Times" yazıb.
Nəşrin yazdığına görə, ermənilər qorxurlar ki, Trampın İrana qarşı sərt siyasəti onların ölkəsinə zərbə vura və Azərbaycanı gücləndirə bilər. Bu barədə “The New York Times”ın analitik məqaləsində yazılıb. Bildirilib ki, Qafqazda Rusiya və İran ticarət yollarını və nüfuzlarını təmin etmək üçün yarışır. Bu, Qərb ölkələrini qeyri-adi dilemma qarşısında qoyur.
Qəzetdə yazılıb ki, İran və İsrail arasında genişmiqyaslı müharibə baş verərsə, Tehran Ermənistanı daha az müdafiə edə biləcək. Bununla yanaşı, nəşr qeyd edir ki, Aİ neftinin böyük hissəsini Azərbaycandan alan və onunla sıx əlaqələrdə strateji əhəmiyyət kəsb edən İsrail üçün Bakının əhəmiyyətini anlayır.