COP29 iqlim konfransı iqlim dəyişikliyi sahəsində hədəflərə çatmaq və istixana qazı emissiyalarını azaltmaq üçün açardır. Bunu “AnewZ” telekanalına açıqlamasında Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux deyib. O bildirib ki, ən başlıca məqam ümumi gündəliyin olmasıdır.
“İkincisi, bütün ölkələr eyni istiqamətə baxmalıdır. Biz həmçinin iqlimin maliyyələşdirilməsi mexanizmlərini təkmilləşdirməliyik. Bunu indi etməsək, dünya öz axarı ilə gedəcək və bizsiz də mövcud olmağa davam edəcək”, - Monqolustan lideri söyləyib.
O, həmçinin COP konfransının Bakıda keçirilməsi təşəbbüsünə görə Azərbaycanı və ölkə Prezidenti İlham Əliyevi təbrik edib.