Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 11-də Butan Krallığının Baş naziri Tserinq Tobqay ilə görüşüb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un iqlim dəyişikliklərinə qarşı beynəlxalq səylərə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.
Azərbaycan ilə Butan arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə olunub.