Gündəm

Azərbaycan Konstitusiyası ölkənin ən ali hüquqi sənədi olaraq, müstəqil Azərbaycanın əsas prinsiplərini, vətəndaşların hüquq və vəzifələrini, dövlətin quruluşunu və hakimiyyət bölgüsünü müəyyənləşdirən normativ aktdır. İlk dəfə 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası, müstəqillikdən sonra ölkənin idarəetmə sistemini və demokratik dəyərlərini təsbit edən mühüm hüquqi baza kimi böyük əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası yalnız Azərbaycan vətəndaşlarının və Azərbaycan dilinin inkişafına deyil, eyni zamanda Azərbaycan ərazisində yaşayan əcnəbilərin də hüquqlarına və dillərinə hörmətlə yanaşaraq onlara inkişaf üçün şərait yaradır.

Konstitusiyanın yaranma tarixi:

1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan müstəqilliyini elan etdi və həmin ildən etibarən müstəqil dövlət quruculuğu prosesinə başladı. Müstəqilliyin ilk illərində Azərbaycanın hüquqi əsaslarını gücləndirmək üçün yeni bir konstitusiyanın yaradılması zəruri idi. Bu proses 1995-ci ilə qədər davam etdi və nəhayət, 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bu tarix sonradan Azərbaycan Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Konstitusiyanın yaradılma prosesi - komissiyanın təşkili:

 Yeni Konstitusiyanın hazırlanması üçün xüsusi komissiya yaradıldı və komissiyanın başçısı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev idi.

Layihənin Hazırlanması: 

Komissiya tərəfindən hazırlanan layihə beynəlxalq hüquqi standartlara uyğun şəkildə hazırlanaraq müstəqil Azərbaycanın demokratik dəyərlərini əks etdirdi.

Ümumxalq Referendumu:

12 noyabr 1995-ci ildə Azərbaycan xalqı ümumxalq referendumu vasitəsilə yeni Konstitusiyanı qəbul etdi. Bu referendum Azərbaycanın demokratik və hüquqi dövlət qurmaq arzusunu göstərirdi.

Azərbaycan Konstitusiyasının Əsas Məqsədi:

Azərbaycan Konstitusiyasının əsas məqsədi hüquqi dövlət və demokratik cəmiyyətin əsaslarını qoymaq, vətəndaşların hüquq və azadlıqlarını təmin etməkdir. Dövlətin suverenliyini, ərazi bütövlüyünü və vətəndaşların hüquqlarını qoruyan bu sənəd, hüquq, azadlıq və ədalət prinsiplərini əsas tutaraq Azərbaycanın inkişafına hüquqi zəmin yaratmışdır. Konstitusiya Azərbaycan xalqının iradəsini ifadə edən bir sənəd olmaqla yanaşı, beynəlxalq hüquq normalarına uyğun hazırlanmış və demokratik dəyərləri özündə əks etdirən bir normativ çərçivədir. Beynəlxalq hüquq normaları ilə yanaşı, Azərbaycan Konstitusiyasının əsasında Azərbaycan xalqının milli-mənəvi dəyərləri və adət-ənənələri dayanır. Azərbaycan Konstitusiyasındakı maddələr xalqın müdafiəsinə və rifahının yaxşılaşmasına yönəlib.

Əsas İnsan Hüquqları;

Azərbaycan Konstitusiyası insan hüquqlarını qorumağı dövlətin əsas vəzifəsi kimi təqdim edir və bu hüquqların təmin olunması üçün hüquqi baza yaradır. Konstitusiyanın 24-cü maddəsində hər bir şəxsin hüquq və azadlıqlarının toxunulmaz olduğu qeyd olunur və onların yalnız qanun çərçivəsində məhdudlaşdırılması nəzərdə tutulur.

Bərabərlik Hüququ (Maddə 25)

Konstitusiya bütün vətəndaşların hüquqlarını cins, irqi, milliyyət, dil, din, mənşə və digər əsaslarla bərabər şəkildə qoruyur.
Heç bir fərd digərlərindən üstün sayılmır və bütün fərdlər qanun qarşısında bərabərdir.

Bu maddə Azərbaycanın demokratik, tolerant və multikultural dövlət olduğunun göstəricisidir.

Şəxsi Azadlıq və Toxunulmazlıq (Maddə 28)

Hər kəsin azadlıq və toxunulmazlıq hüququ var.
Bu maddədə qanunsuz həbs və məcburi əmək qadağan edilir, şəxsin azadlığı yüksək dəyər kimi qəbul olunur.

Fikir, Söz və Mətbuat Azadlığı (Maddə 47)

Hər kəsin fikrini sərbəst ifadə etmək hüququ tanınır.
Senzura qadağandır və hər kəs öz düşüncələrini açıq ifadə etmək hüququna malikdir.
Bu maddə insana və sözə verilən dəyəri, ölkədəki demokratik 
mühiti göstərir.

Din Azadlığı (Maddə 48)

Hər kəsin dinə inanmaq və ya heç bir dinə inanmamaq hüququ tanınır.
Şəxslər dini inanc və ibadət məsələlərində tam azaddırlar və dini inancına görə ayrı-seçkiliklə üzləşə bilməz.
Bu, Azərbaycanın tolerant dövlət olduğunun və bütün dinlərin inkişafı üçün şərait yaradıldığının təzahürüdür.

Sağlamlıq və Ekologiya
Hüququ (Maddə 39)

Hər bir insanın sağlam ətraf mühitdə yaşamaq hüququ tanınır.
Dövlət vətəndaşların sağlamlığını qorumaq və ekoloji mühitin təmizliyini təmin etmək üçün tədbirlər görür.
Bu maddə insanların sağlamlığına və ətraf mühitin qorunmasına verilən əhəmiyyəti göstərir.

Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqları beynəlxalq standartlara uyğun olaraq təsbit olunub və vətəndaşların hüquqlarının qorunması üçün güclü hüquqi zəmanətlər yaradılıb. Bu hüquqlar Azərbaycan cəmiyyətinin və dövlətinin əsas dəyərlərindəndir və onların təmin olunması ölkənin hüquqi və demokratik inkişafının əsasıdır.

Konstitusiyanın Müstəqillikdə və Suverenlikdə Rolu:

Azərbaycan Konstitusiyasının qəbul edilməsi ölkənin müstəqilliyinin, suverenliyinin və dövlət quruculuğunun rəmzi hesab olunur. Bu Konstitusiya Azərbaycanın müstəqil bir dövlət olaraq beynəlxalq aləmdə yerini möhkəmləndirmək üçün möhkəm hüquqi baza yaratmış və xalqın hüquq və azadlıqlarını qorumağa yönəlmişdir.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il