Ala-Arça Konqres Mərkəzində "Qırğızıstan jurnalistikasında 100 il" adlı media forumu keçirilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, forumda 7 noyabr 1924-cü ildə Daşkənddə "Erkin-Too" (Azad Dağlar) adı ilə fəaliyyətə başlayan qəzetin tarixi haqqında sənədli filmin nümayişi olub.
Tədbirdə dövlət məmurları, mətbuat katibləri, jurnalistlər iştirak edib.
Həmçinin, "Qırğız bayrağı" qəzetinin müvəqqəti baş redaktoru Jıpara Ceenaliyeva qəzetin ilk illərində orta təhsil müəssisələrində dərs vəsaiti kimi istifadə edildiyini bildirib.
Ceenaliyeva qəzetin ilk baş redaktoru Osmonkul Əliyev olduğunu, burada dilçi alim İşənali Arabayev, dövlət xadimi Yusup Abdrahmanov, şair Kasım Tınıstanov, dövlət xadimi Törekul Aymatov kimi şəxslərin çalışdıqlarını xatırladıb.
O, qəzetin həftədə iki dəfə oxucuları ilə görüşdüyünü və hal-hazırda 4 mindən çox tirajı olduğunu qeyd edib.
Nəzrin Salmanova