Dünya xəbərləri

Polşalı fermerlər Ukrayna ilə sərhəddə yerləşən Şeqini-Medika keçid məntəqəsindən nəqliyyatın hərəkətini dayandıraraq etiraz aksiyası təşkil ediblər.

Crossmedia.az Lvov gömrüyünə istinadən xəbər verir ki, gömrük rəsmilərinin bildirdiyinə görə, 30-a yaxın etirazçı keçidlə hərəkət edərək nəqliyyat əlaqələrini bağlayır.

Fermerlər öz hərəkətlərini bir neçə səbəblə izah edirlər: ucuz Ukrayna taxılının tədarükünü dayandırmağı, kənd təsərrüfatı vergilərini azaltmağı tələb edir, həmçinin Aİ-nin Cənubi Amerika ilə azad ticarət sazişindən narazılıqlarını bildirirlər.

Bundan əvvəl, oktyabrda Ukrayna sərhəd xidməti polşalı fermerlərin etirazlarının mümkün bərpası barədə xəbərdarlıq etmişdi və bu etirazlar ilin sonuna qədər davam edə bilər.

Gültac Mehdizadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il