İsrailin Beyruta endirdiyi dağıdıcı hava zərbəsi nəticəsində azı 11 nəfər həlak olub, paytaxtda səkkizmərtəbəli bina dağılıb.
Crossmedia.az BBC-yə istinadla xəbər verir ki, partlayışlar şənbə günü saat 04:00-da (GMT 02:00) xəbərdarlıq edilmədən sıx məskunlaşmış Basta rayonunda baş verib və şəhəri sarsıdıb.
Livanın Milli Xəbər Agentliyi bildirib ki, hücum zamanı İsrail daha əvvəl Hizbullahın yüksək səviyyəli nümayəndələrini, o cümlədən keçmiş lider Həsən Nəsrullahı öldürmək üçün "Bunker Buster"adlanan bombadan istifadə edib.
Qeyd edək ki, məsələ ilə bağlı nə İsrail ordusundan, nə də Hizbulladan dərhal hər hansı bir şərh verilməyib.
Müharibə qurbanlarından biri olan 55 yaşlı Əli Nassar partlayışı belə təsəvvür edir:
“Bu çox dəhşətli partlayış idi. Mən, həyat yoldaşım və uşaqlarımın üzərinə bütün pəncərə şüşələri düşdü. Evim indi döyüş meydanına çevrilib”.
İsrail hücumları cənubu, həm də Hizbullahın güclü mövqelərinin olduğu şərqi Beka Vadisini vurub.
Livan rəsmiləri bildirirlər ki, hücumda bunker dağıdan bomba tətbiq olunub.
Son iki həftədə İsrail Hizbullaha qarşı kampaniyasını gücləndirib.
Qeyd edək ki, gərginlik bir ildən çox davam edən münaqişəyə son qoymaq üçün danışıqların yenidən başlaması fonunda artıb. Sentyabr ayının sonunda münaqişənin intensivləşməsindən bəri, Livan hakimiyyəti hər hansı razılaşmanın yalnız 2006-cı il müharibəsini bitirən BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin şərtləri ilə məhdudlaşdırılmasını təklifini irəli sürüb.
Təklifə əsasən, 60 günlük atəşkəsə razılıq verilməli, İsrail qüvvələri cənub Livandan çıxarılmalı və Hizbullah bu ərazidən uzaqlaşdırılmalıdır.
Nəzrin Salmanova