"Finnair" dekabrın 9 və 13-də 300-ə yaxın reysi ləğv edəcək ki, bu da 33 min sərnişinə təsir edəcək.
Сrossmedia.az xarici KİV-ə istinadən bildirir ki, Finnair-in baş əməliyyat direktoru Jaakko Schildt deyib ki, “Fin pilotlar ittifaqı danışıqlar əvəzinə tətil elan etdi ki, bu da Miladdan əvvəlki dövrdə minlərlə müştərinin planlarını pozur. Biz alternativ uçuşlar təklif etmək üçün əlimizdən gələni edirik”.
Tətilin səbəbi yeni əmək müqaviləsi üzrə sentyabr ayından davam edən danışıqlarda irəliləyişin olmamasıdır.
1923-cü ildə qurulan Finnair 80 istiqamətə uçur və 2023-cü ildə 11 milyon sərnişin daşımışdır.
Gültac Mehdizadə