Skott Bessent, ABŞ-ın sabiq prezidenti Donald Trampın maliyyə naziri vəzifəsinə namizədidir. Bessent, Trampın proteksionist iqtisadi siyasətini dəstəkləyir, lakin bu siyasətin aqressiv şəkildə tətbiq olunacağına şübhə ilə yanaşır və bunun yalnız danışıqlar üçün bir alət olduğunu bildirir.
Bessent, həmçinin kriptovalyutaların ardıcıl tərəfdarıdır və onun maliyyə naziri olması halında, ABŞ tarixində kriptovalyutaları açıq şəkildə dəstəkləyən ilk maliyyə naziri ola bilər. O, bir müddət əvvəl Fox News-da verdiyi müsahibədə kriptovalyutaların Respublikaçı Partiyasının ruhuna uyğun olduğunu söyləyib və "Kripta - azadlıqdır" ifadəsini işlədib.
Bessentin qarşısında duracaq çətin məsələlərdən biri, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını izləməkdir. Əgər Tramp, Çin, Meksika və ya Avropa ilə yeni ticarət müharibələri başlatsa, Bessentin maliyyə bazarlarını sakitləşdirməsi lazım olacaq. Lakin, Trampa qarşı olan sədaqətinə baxmayaraq, Bessentin moderat bir namizəd olaraq qəbul edildiyi qeyd olunur. O, prezident seçkilərindən sonra Trampın vergi islahatlarını Konqresdə müzakirə etməyi təklif edib və tarif dəyişikliklərinin tədricən tətbiq olunmasının vacibliyini vurğulayıb ki, bu da iqtisadiyyatda qiymət düzəlişlərinin yavaş-yavaş udulmasına imkan versin. Bessent, "Trampın çox yaxşı ideyaları var, amma mən sizə zəmanət verirəm ki, o, sonuncu şey olaraq inflyasiyanı artırmaq istəmir" demişdi.