Dünya xəbərləri

Avropa İttifaqı Nigerdəki səfirini Brüsseldə məsləhətləşmələr aparmaq üçün geri çağırıb. 

Crossmedia.az xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin məlumatında deyilir.

Bu qərara səbəb Niger keçid hökumətinin ölkədə irimiqyaslı daşqın qurbanlarına göndərilən humanitar yardımın Aİ-nin idarəçiliyini şübhə altına alan bəyanatı olub.

Aİ qeyd edib ki, Niger hakimiyyətinin hərəkətləri humanitar yardım məsələsinin siyasiləşdirilməsindən xəbər verir ki, bu, təbii fəlakətlərin qurbanlarına göstərilən əməkdaşlıq və dəstək ruhuna ziddir.

Aİ səfiri məsləhətləşmələr tamamlanana və Nigerlə bağlı gələcək fəaliyyət qiymətləndirilənə qədər Brüsseldə qalacaq.

Gültac Mehdizadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il