Cənubi Qafqaz

Ermənistanın baş naziri Nikol Paşinyan Qərbi Azərbaycan məsələsini uydurma “Qərbi Ermənistan” anlayışı ilə müqayisə etməyə çalışaraq beynəlxalq hüquq prinsiplərinə zidd bir yanaşma nümayiş etdirib. Qərbi Azərbaycan məsələsi, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların Ermənistana dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməyə yönəlmiş bir insan hüquqları məsələsi olduğu halda, “Qərbi Ermənistan” anlayışı Ermənistanın ərazi iddialarını ifadə edən siyasi bir konsepsiyadır.

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib ki, Nikol Paşinyanın bu bəyanatı qəbuledilməzdir:

“Paşinyan Qərbi Ermənistan dedikdə hal-hazırda Türkiyə Cümhuriyyətinin ərazisində olan əraziləri və Anadolu bölgəsini nəzərdə tutur. Yəni bildirir ki, biz, bu bölgələrdən imtina edirik, hansı ki, onlara qarşı ərazi iddiaları var idi və Qərbi Azərbaycan məsələsindən də bunu əlaqələndirir. Bildirmək istəyir ki, Azərbaycan da bu məsələdən imtina etməlidir. Təbii ki, qəbuledilməz bir faktdır. Həmin ərazilər, Qərbi Azərbaycan bölgəsi, bizim dədə-baba torpaqlarımızdır. Bizim insanlarımız orada yaşayıblar, yaradıblar. Həmin bölgədə uzun müddət İrəvan xanlığı mövcud olub və bölgənin ən güclü dövlətlərindən biri olub. Bizim bir çox milli adət- ənənələrimizin, xalq rəvayətlərimizin bir çoxunun kökü ordan gəlir. Tarixi, dini abidələrimiz həmin bölgələrdə mövcud idi, hansı ki, ermənilər tərəfindən dağıdılıb. Bütün bunları unuda bilmərik. Minlərlə insan hazırda Qərbi Azərbaycan icmasında birləşiblər. Minlərlə insan var ki, həmin bölgədən didərgin düşüblər. Həmin insanlar uzun müddətdir qaçqın vəziyyətində yaşayırlar. Öz dədə-baba torpaqlarına geri qayıtmaq onların ən təbii haqqıdır. Onlar öz yurd-yuvalarından, atalarından, babalarından qalan torpaqlardan didərgin salınıblar. Çoxunun valideynlərinin qəbri həmin ərazidədir və ermənilər tərəfindən dağıdılıb. Qoyub gəldikləri sərvətlər vəhşicəsinə istismar olunub. Bütün bunları görməzdən gəlmək, hər hansı bir ağlasığmaz, uydurma faktlarla bunları müqayisə edib yoxa çıxartmaq qəbuledilməzdir. Ermənistan həqiqətən də sülh istəyirsə, regionda əmin-amanlıq və sabitliyi arzulayırsa, mütləq və mütləq şəkildə Qərbi Azərbaycan məsələsini nəzərə almalıdır. Qərbi Azərbaycandan olan soydaşlarımız mütləq öz dədə-baba torpaqlarına qayıtmalıdır”.

GÜNƏŞ

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il