Hal-hazırda Tehran şəhərinin paytaxt olaraq dəyişdirilməsi ilə bağlı iddialar yalnız xəyaldır və yaxın zamanda reallaşması mümkünsüz görünür.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran parlamentinin İctimai Komissiyasının üzvü Əhməd Fatimi deyib.
O, daha əvvəl Simnanın paytaxt seçilməsi ilə bağlı planların olduğunu qeyd edib:
"Bu şəhər paytaxt üçün daha uyğun seçimdir".
Qeyd edək ki, bir neçə gün əvvəl İranın Prezidenti Məsud Pezeşkian ölkənin paytaxtını Tehrandan köçürmək üçün hazırlıq işlərinin başladığını açıqlayıb.
Pezeşkian planın hazırlanmasına görə ilk müavin olaraq Məhəmməd Rza Arifi təyin edib.
Nəzrin Salmanova