COP29 çərçivəsində fərqli ölkələri təmsil edən fəallar iqlim maliyyəsinin artırılması tələbi ilə aksiya keçiriblər.
Crossmedia.az Trend-ə istinadla xəbər verir ki, aksiya iştirakçıları “Milyardlar yox, trilyonlar”, "Qalxın və Mübarizə aparın", "Kim ödəyəcək?", "Qlobal Şimal, maliyyəni artırın!" və digər şüarlar səsləndiriblər, plakatlar açıblar.
Qeyd edək ki, COP29-da iqlim maliyyəsinin artırılması üzrə danışıqlar davam edir.