Texnologiya

Çinin kosmik stansiyasından Yerə gətirilən Shenzhou-18 kosmik gəmisində, amin turşuları və oligopeptidlər də daxil olmaqla, 24 fərqli həyat forması aşkar edilib. Bu tapıntı, kosmosda həyat axtarışına yeni bir istiqamət qazandırdı və bu mövzudakı tədqiqatlara ümid verdi.

Bildirilir ki, Çin Kosmik Stansiyasının yeddinci qrup kosmik elm təcrübə nümunələri Shenzhou-18 vasitəsilə Yerə çatdırılıb. Bu nümunələr 28 elmi təcrübə aparmaq üçün nəzərdə tutulub və ümumi çəkisi 34,6 kiloqram olan 55 fərqli növü əhatə edir.

 Həyat elmi ilə bağlı nümunələrin ilkin yoxlanışından sonra, onlar Pekində yerləşən Çin Elmlər Akademiyasının (CAS) Kosmik İstifadə Mühəndislik və Texnologiya Mərkəzindəki alimlərə təqdim edilib.

Shenzhou-18 vasitəsilə Yerə gətirilən nümunələr arasında amin turşuları və oligopeptidlər də daxil olmaqla 24 müxtəlif həyat forması aşkar olunub.

Sevinc Abuşova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il