Texnologiya

"WhatsApp" qonşuların, dostların və ailənin bir-birinə qarışdığı nizamsız siyahılardan qurtaracaq yeni xüsusiyyətini elan edib. Populyar mesajlaşma tətbiqi bu dəfə istifadəçilərin söhbətləri daha səliqəli bir şəkildə idarə edə bilmələri üçün hazırlanmış xüsusi xiyahılar xüsusiyyəti ilə qarşımıza çıxır. Bəs bu xüsusi siyahılar xüsusiyyəti nədir? Günlük istifadədə necə asanlıq yaradacaq?

Yeni xüsusiyyət sayəsində artıq "WhatsApp" söhbətlərinizi kateqoriyalara ayıraraq çox daha sürətli şəkildə təşkil edə biləcəksiniz. Xüsusilə ailə, iş, dostlar kimi tez-tez istifadə edilən söhbət başlıqlarını ayrı siyahılarda toplamaq artıq mümkündür.

Yeni dəyişiklik yalnız daha təmiz və səliqəli bir interfeys təqdim etməklə qalmayacaq, həm də istifadəçilərin tez-tez ünsiyyət qurduğu insanlara və ya qruplara asanlıqla çatmasını təmin edəcək. Xüsusi siyahılar xüsusiyyəti "WhatsApp"ın əvvəlki söhbət filtrləmə funksiyasının təkmilləşdirilmiş versiyası kimi düşünülə bilər.

Əvvəllər söhbətlərinizi sevimli olaraq qeyd etməklə məhdudlaşırdınızsa, indi siyahı yaratma funksiyası ilə sonsuz sayda kateqoriyada təşkil edə bilərsiniz. Siyahı əlavə etmək üçün filtrlər bölməsində olan “+” işarəsinə toxunmaq kifayət edəcək.

Əlavə olaraq, yaratdığınız siyahıları redaktə etmək də olduqca sadədir: sadəcə siyahıya uzun basaraq istəyinizə uyğun adını dəyişdirə və ya tamamilə silə bilərsiniz. Yəni, xüsusilə iş və ya təhsil kimi çox sayda söhbəti birlikdə idarə edən istifadəçilər üçün həyati əhəmiyyət daşıyan bir xüsusiyyət olacaq deyə bilərik.

Emil Nağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il