Texnologiya

"Pasifik Texnologiya"nın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkəti "Titra Texnoloji" tərəfindən hazırlanan Türkiyənin pilotsuz helikopter "Alpin-2", ilk uçuşunu müvəffəqiyyətlə həyata keçirdi. Həm hərbi, həm də mülki sahələr üçün nəzərdə tutulan bu helikopter, mühüm xüsusiyyətləri ilə diqqət çəkir. 

"Pasifik Texnologiya"nın İdarə Heyətinin sədri Fatih Erdoğan, "Alpin-2"nin sadəcə müdafiə məqsədli bir texnologiya olmadığını, həm də logistika sahəsində inqilab xarakterli bir həll təqdim etdiyini vurğulayıb:

“İnsansız helikopterlə yük daşımaq mümkündür. Logistika ilə müdafiənin birləşdiyi bir texnologiyadan danışırıq. Gələcəkdə mülki logistika bazarının da sürətlə genişləyəcəyinə inanırıq. Bu məhsul vasitəsilə həm müdafiə, həm də logistika texnologiyasına böyük töhfələr verməyi hədəfləyirik”.

"Alpin-2" hərbi helikopterlərə nisbətən ilkin investisiya xərclərində 90%, əməliyyat xərclərində isə 95% qənaət təmin edir. "Pasifik Texnologiya" gələcək üç il ərzində layihə üçün 3 milyard lirə yatırım etməyi, gəlirinin 50%-dən çoxunu ixracdan əldə etməyi və büdcənin 35-40%-ni Ar-Ge xərclərinə yönəltməyi planlaşdırır. Şirkətin Baş Direktoru Selman Dönmez, "Alpin-2"-nin xüsusiyyətlərindən danışıb. Ümumi qalxma çəkisi 550 kq olan bu helikopterin 200 kq-lıq yükləmə qabiliyyəti mövcuddur. Gələcək modellərdə bu göstəricinin 500 kq-a qədər artırılması planlaşdırılır. "Alpin-2" üzərindəki proqram təminatının 100% yerli olduğu xüsusi qeyd edilib.

Helikopterin inteqrasiya edilə bilən vinç sistemi logistik əməliyyatları daha sürətli və rahat icra etməyə imkan verir. Bundan əlavə, gələcək versiyalarda daha müasir texnologiyalarla təchiz olunacağı bildirilir.


"Pasifik Texnologiya", həmçinin bu ilki SAHA EXPO sərgisində "DUMRUL" adlanan kiçik bir helikopter də təqdim edib. Bu helikopterə "Roketsan"-ın "METE" raketləri inteqrasiya olunur. "Alpin" üçün də oxşar silahlandırma işlərinin davam etdiyi vurğulanıb. Şirkət, "Türkiyə Cümhuriyyətləri" və "Afrika" da daxil olmaqla, bir çox ölkə ilə bu məhsul üçün danışıqlar apardığını və artıq 10-dan çox ölkə ilə əlaqədə olduğunu açıqlayıb.

"Alpin-2"-nin ümumi xüsusiyyətləri
Servis Hündürlüyü: ~6400 m
Maksimum Sürət: ~203 km/s
Normal Uçuş Sürəti: ~107 km/s
Yanacaq Növü: Benzin - 175 lt
Rüzgar Məhdudiyyəti: 37 km/s
Yük Daşıma Tutumu: 200 kq
Maksimum Kalkış Çəkisi: 550 kq
Avtonom Sistemlər: Tam avtonom qalxma, enmə, uçuş və naviqasiya
Stabilizasiya: Avtomatik stabilizasiya və yarı avtonom idarəetmə
Görev Planlama: 100-dən çox nöqtəlik real vaxtlı planlama və idarəetmə
Kamera Sistemləri: Real vaxtlı görüntü ötürmə və avtonom hədəf izləmə
Fərqli Tətbiq Sahələri
"Alpin-2" müxtəlif sahələrdə istifadə üçün nəzərdə tutulub:

Kəşfiyyat və müşahidə
Enerji xətləri nəzarəti
Kargo daşıması
Xəritələmə
Təcili rabitə bazası yaradılması
Fəlakət bölgələrinə müdaxilə
Zirai dərmanlama
Axtarış-xilasetmə fəaliyyətləri
"Alpin-2" yeni xüsusiyyətləri və imkanları ilə həm Türkiyədə, həm də beynəlxalq bazarda böyük maraq doğurur.


Sevinc Abuşova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il