Texnologiya

Süni intellekt (Sİ) artıq insanlığın qarşısında yalnız bir texnoloji yenilik deyil, eyni zamanda gələcəyimizi formalaşdıracaq güclü bir qüvvə kimi dayanır. Maşın öyrənməsi (ML) və dərin öyrənmə (DL) ilə maşınlar artıq yalnız əmrləri yerinə yetirmir — düşünür, qərar verir və bəzən insanlardan daha yaxşı nəticələr ortaya qoyurlar. Səhiyyədən maliyyə dünyasına qədər hər sahədə süni intellekt dünyanı yenidən dizayn edir. Bəs yaxşı Sİ nədir?

1950-ci illərdə Alan Turing-in gələcəyə dair fantaziyaları olaraq qəbul edilən süni intellekt, artıq fantastikadan reallığa çevrilib. 1956-cı ildə keçirilən Dartmouth Konfransında ortaya atılan "süni intellekt" anlayışı ilə elm dünyasında əsl inqilab başladı. Bu inqilabın müəyyən dövrlərdə sönməsinə baxmayaraq, 2000-ci illərdə yenidən alovlanaraq dünyanın diqqət mərkəzinə çevrildi. Artıq süni intellekt, dünyamızı və həyatımızı tamamilə dəyişdirəcək bir gücə sahibdir.

Sİ texnologiyaları arasında Maşın Öyrənməsi, Dərin Öyrənmə və Təbii Dilin Emalı (NLP) bu sahənin ən qızmar nöqtələridir. Spam e-poçtları avtomatik olaraq tanıyan maşın öyrənməsi, insan beyninə bənzər süni sinir şəbəkələri ilə fəaliyyət göstərən dərin öyrənmə, və çatbotlarla insanı sanki "dinləyib, anlayan" Sİ maşınları artıq həyatımızın bir parçasına çevrilib.

Həyatımızla yanaşı bir çox ixtisasında köməkçisinə çevrilən Sİ səhiyyə səhəsindəki uğurları ilə diqqət çəkir. Google-un AlphaFold layihəsi biologiyada on illərdir həlli tapılmayan protein qatlanması problemini həll edərək tibbin sərhədlərini genişləndirib. Eyni zamanda, maliyyə sektorunda fırıldaqçılıq hallarını Sİ-nin inkişaf etmiş alqoritmləri ilə artıq asanlıqla aşkar etmək mümkündür. Logistika və nəqliyyatda isə avtonom nəqliyyat vasitələri və dronlar sayəsində gələcəyin “sürücüsüz” dünyası artıq günümüzə çox yaxındır. 

Lakin süni intellektin gətirdiyi risklər də az deyil. "Süni intellekt ağıllı şəhər xidmətlərindən tutmuş səhiyyəyə qədər əlaqələrimizi, səmərəliliyimizi və fərdiləşdirmə qabiliyyətimizi artıracaq. Amma suni intelektin inkişafı məsuliyyətli şəkildə nəzarət altında olmalıdır".

 Bu sözlər portuqaliyalı Süni İntellekt və rəqəmsal transformasiya lideri Julio Pessanın Crossmedia.az-a verdiyi müsahibədə öz əksini tapmışdır. Məlumat məxfiliyindən tutmuş işsizlik təhlükəsinə, hətta alqoritmik qərəzə qədər bir çox qaranlıq tərəfi olması gözlənilən Sİ həqiqətəndə inkişafdırmı? Sosial media platformalarının istifadəçi məlumatlarını toplayaraq bizim həyatımıza daxil olması, iş qüvvəsinin bir çox sahədə süni intellektlə əvəzlənməsi, və ən əsası, alqoritmlərin qərəzləri üzündən bəzi qrupların məruz qaldığı ədalətsizliklər bu texnologiyanın nə qədər ciddi şəkildə nəzərdən keçirilməli olduğunu göstərir.

Bütün bu narahatlıqlar başa düşüləndir. İnsanlıq hər innovasiya inqilabında bu cür narahatlıqlar yaşadı. Sənayə inqilabından sonra nə fermerlik peşəsi yox oldu, nədə ki hər işi insan əvəzinə maşınlar görməyə başladı. Müsahiblərimiz türkiyəli rəqəmsal transformasiya və innovasiyalar üzrə mütəxəssis Mustafa İçil, Portuqalyadan rəqəmsal transformasiya lideri Julio Passa, isveçli kiber təhlükəsizlik eksperti Tom Raka və özbəkistanlı Google developer mütəxəssisi Adxam Zakirov bu mövzudakı fikirlərində ortaq düşüncəyə sahib idilər. Onlar Sİ-dən qorxmamalı olduğumuzu, əksinə Sİ texnologiyalarını öyrənməyin önəmini vurğulayıb. "Bəli, bu haqlı bir narahatlıqdır; lakin qorxmaq əvəzinə, problemin kökünü anlamaq və həll yolu tapmaq daha sağlam bir yanaşma olar" deyən Mustafa İçil Sİ-in yeni iş imkanları yaradacağınada diqqət çəkib. Müsahiblər uyğun nəzarət mexanizmlərinin qurulmasının önəmini vurğulayıb. 

Sİ gələcəkdə daha böyük inqilabların qapısını aralayır. Səhiyyədə fərdiləşdirilmiş müalicələr, təhsildə fərdiləşdirilmiş tədris metodları və gündəlik həyatda süni intellektli asistendlərlə daim təmasda olmaq. Bunlar insan həyatında əsl sıçrayışdır. Ancaq bu, bizə daha yaxşı bir dünya gətirəcək, yoxsa insanları texnologiyanın kölgəsində qaranlıq bir gələcəyə doğru aparacaq? Bütün bu sualların cavabını gələcək göstərək. 


Hazırladı:
Emil Nağızadə
Emil Bağızadə
Sevinc Abuşova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il