Texnologiya

"Snapchat" yaxın zamanda bütün istifadəçilərinə yeni süni intellekt söhbət botu olan “My AI”ı təqdim etdi. Ancaq təqdimatdan bir müddət sonra valideynlər uşaqlarını bu funksiyadan uzaq durmağa çağırmağa başladılar.

Missuridən olan Lindsi Li adlı valideyn 13 yaşlı qızına bu yeni vasitə haqqında daha çox məlumat əldə edənədək ondan uzaq durmasını söylədi. Li, "Bu, müvəqqəti bir həll yoludur. Sağlam sərhədləri müəyyən edənədək gözləməliyəm",- deyir.

Valideynlər “My AI”-ın xüsusiyyətlərindən narahatdır. “My AI”, populyar “ChatGPT” ilə oxşar funksiyalar təklif edir. Belə ki, eynilə “ChatGPT” kimi istifadəçilərin verdiyi sualları cavablandırır, tövsiyələr verir və ünsiyyət qura bilir. Ancaq aralarında bəzi fərqliliklər var. “Snapchat”ın süni intellekti istifadəçilərin zövqünə görə tənzimlənə bilər; məsələn, “My AI”in adını dəyişdirib, onun üçün xüsusi avatar yaradıla bilər. Həmçinin buradakı söhbətlər dostlar siyahısındakı istifadəçilərlə də paylaşıla bilər.

Bu fərdiləşdirmə seçimləri “My AI”ı “ChatGPT” kimi müstəqil söhbət platformasından fərqləndirir. Valideynlər uşaqlarının insanları və maşınları (robot və ya süni intellekt) ayırmaqda çətinlik çəkəcəyindən narahatdır.

Li bu barədə deyir: "Qızıma insanları maşınlardan necə ayıracağını öyrətməyə hazır olduğumu düşünmürəm. “Snapchat”ın burada sərhədi keçdiyini düşünürəm."

Gizliliklə bağlı narahatlıqlar ən yüksək səviyyədədir. Bu yeni funksiya yalnız valideynlərin deyil, həm də gənc "Snapchat" istifadəçilərinin tənqidinə səbəb oldu. İstifadəçilər tətbiq mağazalarında “My AI”ı mənfi rəylərlə dəyərləndirir, sosial mediada isə gizlilik narahatlıqları və narahatedici söhbət məzmunları ilə bağlı şikayətlər edirlər. Xüsusilə, “My AI”ı söhbət ekranından silmək üçün pullu abunə tələb olunması da bir çox istifadəçini əsəbiləşdirib.

"Snapchat", "ChatGPT"yə üçüncü tərəf girişi açıldıqda erkən tərəfdaş olaraq iştirak etdi və qısa müddət ərzində bir çox istifadəçini bu süni intellekt təcrübəsinə cəlb etdi. Lakin xüsusilə gənc istifadəçi bazasına sahib olan "Snapchat" kimi platformalarda, yeni nəsil süni intellekt texnologiyalarının tətbiqi müəyyən riskləri də özü ilə gətirir.

"Snapchat": Mükəmməl deyilik, amma mükəmməl olmaq üçün çalışırıq. "Snapchat" keçən həftə yayımladığı bir bloq yazısında məsələni belə qiymətləndirdi: “My AI" mükəmməl olmaqdan uzaqdır, lakin çox irəliləmişik.” Ancaq "Snapchat" istifadəçilərinin 60%-ni təşkil edən amerikalı gənclərin bu sosial təcrübəyə daxil edilməsi narahatlıq doğurur.

Tərlan Əmrahova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il