Texnologiya

Yenilənmiş modellərin təsiri ilə smartfon bazarı bu dövrdə 5 faiz böyümə qeydə alıb. "Canalys" adlı bazar araşdırma şirkətinin məlumatlarına görə, bu böyümə, ötən ilin durğun keçən üçüncü rübü ilə müqayisədə ən güclü böyümə olaraq qeydə alınıb.

"Samsung" giriş səviyyəli məhsul çeşidini sadələşdirərək rübdə 57,5 milyon cihaz göndərib və liderliyini qoruyub. Ötən illə müqayisədə az da olsa, eniş yaşasa da, 19 faiz bazar payı ilə qlobal bazarda zirvədəki yerini saxlayıb.

"Apple" isə 54,5 milyon Ayfon tədarükü ilə 18 faiz bazar payına sahib olaraq ikinci yeri tutub. "Canalys" analitiki Le Xuan Chiew "Apple"ın uğurunu, Ayfon 16 seriyasının müxtəlifliyi və standartı ilə Pro modelləri arasındakı fərqin azalmasını bazarlardan gələn tələblə əlaqələndirir. 

"Xiaomi", OPPO və Vivo isə illik müvafiq olaraq 3 faiz, 8 faiz və 24 faiz böyümə ilə ilk beşliyi tamamlayıb.

Emil Nağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il